XANIM, AD GÜNÜN MÜBARƏK.

tebrikler
7-02-2021, 16:25 1282
XANIM, AD GÜNÜN MÜBARƏK.
Gülüm, sən üzürdün gül dənizində,
Əzizlər, yaxınlar bayram edirdi.
Bir işıltı vardı gül bənizində,
Sevənlərin sənlə “Yallı” gedirdi.

Ulduzlar sayrışır göyün üzündə,
Çiçəklər də sənə həsrət çəkirdi.
Ata ocağının odu-közü də,
Daha gur yanırdı, vüsal çökürdü.

Ulduzlar sevinib əl çalırdılar,
Sən evin dirəyi, bir yaşıl yarpaq.
Buludlar yerəcən alçalırdılar,
Təbrik edirdilər, ay sönməz çıraq!

Fərəhdən sinəmin közü alışdı,
Sevərək ucaldıq biz bu sevdaya.
Çiçəklər bənd oldu, özü danışdı,
Nə yaxşı gəlmisən, sən bu dünyaya!

MAYİSƏ ƏSƏDULLAQIZI