Nevroz və əsəbə qarşı - UCUZ VASİTƏLƏR

sosial
1-02-2021, 09:10 1375
Nevroz və əsəbə qarşı - UCUZ VASİTƏLƏRApteklərdə satılan bəzi çox ucuz, lakin effektli və sınanmış vasitələr sizə stress, həyəcan və gərginliyi azaltmağa kömək edə bilər.
Qeyd edək ki, bu vasitələr hamilələr, uşaqlar üçün uyğun deyil. Dozanı aşmaq və gün ərzində dəfələrlə istifadə etmək olmaz.
1. Yemişan (boyarışnik) cövhəri
BAXAR.AZ bildirir ki, spazmalitik, damar genişləndirici, hipotenziv təsir edir, venoz təzyiqi qaydaya salır, ürəyin damar keçiriciliyini yaxşılaşdırır.
Kimlərə olar: ürək fəaliyyəti pozulanlar, təzyiq xəstələri, anqionevrozlar, taxikardiya, klimakterik nevroz, səbəbsiz panika, nevrozlar, yuxu pozulması, ürək çırpınması, nevrotik tutmalar. Bir azca suya 10-15 damcı qatıb gündə 1-2 dəfə içmək olar
2. Valerian - pişikotu cövhəri

Göstərişləri: həddən artıq əsəbi oyanıqlıq, nevroz, yuxusuzluq, əsəbə bağlı mədə-bağırsaq spazmları, baş ağrıları, nevrotik ürək sancıları, ürək-damar nevrozları, isteriya.

3. Pion bitkisi cövhəri

Bu möcüzəvi vasitə nevrozlar, depressiya, əsəb gərginliyi, yuxusuzluğa əla təsir edir.

Təzyiqi aşağı olanlar ehtiyatlı olsun. Pion cövhərinin effektini hiss etmək üçün azı 1 ay istifadə etmək lazımdır.

4. Korvalol

Təcili yardımın sevimli dərmanı. Bir çox həkimlər ona qarşıdır. Çünki çox asılılıq yaradır. Amma taxikardiya, nevroza bağlı ürək tutmaları, panik atak, nevroz, psixoloq, yuxusuzluq, əsəb partlayışı zamanı, hətta ölümdən qorxu fikirləri gəldikdə korvalol suya 15-20 damcı qatıb qəbul edin.

Bu dərman asılılıq yaradır və ürək ritmini sakitləşdirir. Ona görə tez-tez istifadə etmək olmaz.