NEYLƏYİM

yazarlar
31-01-2021, 17:10 1609
NEYLƏYİMBu kiçik şeirimi İnci qızıma ithaf edirəm.


Gözəlliyin qamaşdırır gözümü,
Tanrı versin mənə bir az dözümü.
Qurban verim bu sevgiyə özümü,
Qara gozlər aldı canım, neyləyim?

Sənə baxdım, gül yanağın allandı,
QIvrım -qıvrım hörüklərin sallandı.,
Elə bilmə bu sözlərim yalandı,
Baxışların sardı məni, neyləyim?

Ay gül yanaq, gözəllikdə tayin yox,
Sevdalıyam neyləyim ki, payım yox.
Sevənin çox, mənim qədər sevən yox,
Bu sevdadan əlimi çəkim, neyləyim?



YUMRUQ OLAQ

Yoruldum, yol uzaqdı,
Araya Araz düşüb.
Dostla birləşmək üçün,
Qəlbimdəki həsrətdən
Təbrizimə pay düşüb.
Uzun illər çəkdiyim,
Ayrılığı, möhnəti,
O taylı bu taylının
Sevgisi məhəbbəti.
Bizdən uzağa düşüb,
Qardaş bacıya həsrət,
Bacı gözü yoldadı.
Vətən paralanıbdı,
Vətən yaralanıbdı.
Deyin, dostlar hardadı?
Özümüzdən bir körpü,
Sözümüzdən məhəbbət
Qalansın qalaq-qalaq.
Qalx ayağa birləşək,
Açılmaz yumruq olaq!
Açılmaz yumruq olaq!

TAMARA SADİQQIZI

NEYLƏYİM