Rusiya hərbçisi Ermənistanda diri-diri yanaraq öldü

hadise
23-01-2021, 17:08 1137
Rusiya hərbçisi Ermənistanda diri-diri yanaraq öldüErmənistanın Gümrü şəhərində baş vermiş qəza nəticəsində rusiyalı hərbi qulluqçu həlak olub. BAXAR.AZ bu barədə erməni mətbuatına istinadən xəbər verir.
Məlumata görə, 25 yaşlı hərbçinin idarə etdiyi avtomobil yük maşını ilə toqquşub və yanmağa başlayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, həlak olan hərbçi Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının hərbçisi olub.