XONÇALI ŞƏHİD BALA

yazarlar
19-01-2021, 20:57 3690
XONÇALI ŞƏHİD BALA Şəhidlərimizin ruhları qarşısında baş əyirəm!

Xonçali Şəhid bala,
Anan səni səsləyir,
Hey ağlayır, sızlayır,
Laylasını kəsməyir.
Vətənə məhəbbətin,
Dünyadan böyük oldu,
Cəsarətin, qeyrətin,
Yoxluğunsa yük oldu.
Xonçalı Şəhid bala,
Evin nuru, çırağı,
Sənin ünvanın oldu,
Qələbələr sorağı.
İgid şəhid oğullar,
Ruhlarınız əzizdir,
Sizə olan məhəbbət,
Bir ümmandı, dənizdir.


Uca dəyanətiniz
Əzəmətin özüdür,
Yurda sədaqətiniz
Bu torpağın közüdür.
Xonçalı Şəhid bala,
Bağçanızdan gül dərdim,
Bizdən uzaq ruhlara,
Qaranquşla göndərdim...

Mayisə Əsədullaqızı