DÖYÜŞLƏRİN İGİD TƏRLANI

yazarlar
17-01-2021, 23:36 3307
DÖYÜŞLƏRİN İGİD TƏRLANIŞeir şəhid çavuş Eyniyev Tərlan Gölişad oğluna ithaf olunub.


Vətən, səni sevməyə,
Yanar ürək istədin.
Tərlan kimi bir igid,
Polad dirək istədin.
Qarabağdı yolumuz,
Uğurumuz, ruzumuz.
Sonda qələbə çaldı,
Bu müzəffər Ordumuz!
Dedi, düşməni qovub,
Mütləq geri dönəcəm.
Vətənim Qarabağın
Toy-büsatın görəcəm.
Onu mələk yetirdi,
Qopdu gül budağından.
Gözləri nur alırdı,
Doğma od-ocağından.

Layiq olub adına,
O yaşatdı zamanı.
Torpağımız yetirib,
Qəhrəmanı, loğmanı.
Tərlanı da yaşatdı
Saf niyyəti, əməli,
Cəsarətlə qoyuldu,
Qəhrəmanlıq təməli.
Bir axşamın səhəri,
Yolun azan kimiydi,
Bu payızın gəlişi
Yerdə xəzan kimiydi...
Göz yaşıyla yağışın,
Naləsin dinləyirdim.
Elə bil, torpaq, səma
Ah çəkib, inləyirdi...
Ruhun şad olsun, Tərlan,
Əl-ələ, el-eləyik,
Düşmən yolun azarsa,
İnan ki, kül eylərik.
Şəhidlər məzarında,
Sanki, ilk bahar yatır.
Başdaşında bir cahan,
İgid iftixar yatır...

Mayisə Əsədullaqızı

Daha ətraflı şəhidimiz haqqında çəkilişi izləyin: