Şuşada ağır qəza: Ölən və yaralananlar var - VİDEO

hadise
14-01-2021, 14:29 1004
Şuşada ağır qəza: Ölən və yaralananlar var - VİDEOŞuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb.
Baş verən hadisə nəticəsində Beyləqan rayonun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumatı Oxu.Az-a təsdiq ediblər.
“Məlumatı təsdiq edirik. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır”, - deyə nazirlikdə qeyd edilib.