“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

sosial
14-01-2021, 14:18 985
“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıbAzərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb. İndiyədək fondda 26 milyon 394 min 850,67 manat toplanıb.
Həmin vəsaitdən 15 milyon 594 min 763,57 manat fiziki şəxslər, 10 milyon 800 min 087,1 manat isə hüquqi şəxslər tərəfindən ödənilib. Fonda daxil olan vəsaitin 1 milyon 198 min 278,49 manatı xərclənib. Vəsaitin qalığı isə 25 milyon 196 min 572,18 manatdır.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” fərman imzalayıb.