DÜNYA HƏMİN DÜNYADI

yazarlar
11-01-2021, 20:34 3253
DÜNYA HƏMİN DÜNYADIBilirsiniz, necə çətindi
Dünyasını dəyişən insanın
Telefon nömrəsindən
Gələn zəngi eşitmək?!
Bilirsiniz, necə əzabdı,
Səs yazılarını dinləmək?
Gecələri səhərədək
Diz-dizə oturanları,
Fikir, düşüncə ortaqları
Bilirsiniz, necə zülümdü itirmək?
İndi birtəhərəm,
Qəlbi qırıq, qəhərəm.
Sağalmayacağını bilə-bilə,
Məcbur olub, aldadırdım onu.
Deyirdim ki, sağalacaqsan,
Yenidən doğulacasan.
Bu hiss yaşayır içimdə,
Olacaqsan əvvəlki biçimdə.
O da inanırdı...
Kənarda doyunca ağlayırdım.
Qəlbimə daş bağlayırdım.
Nə olar, bir durna ol,
Dön geri,
Sevindir göyü, yeri...
Gəl, dünya həmin dünyadı,
Eşit bu fəryadı...

Mayisə Əsədullaqızı


DÜNYA HƏMİN DÜNYADI