“Tezliklə heç kim Qarabağa gedə bilməyəcək”

sosial
9-01-2021, 11:36 1328
“Tezliklə heç kim Qarabağa gedə bilməyəcək”“Bu gün Vazgen Sarkisyan adına Hərbi institutun önündə baş verən insidenti hökumət təşkil etmişdi”. BAXAR.AZ xəbər verir ki, bunu Ermənistanın “Yaşıl Gələcək” Ətraf Mühit Təşəbbüsünün sədri Vahaqn Varaqyan deyib. O bildirib ki, bu cür gedişlərin nəticəsi ermənilər üçün pis olacaq:
“Tezliklə heç kim “Artsax”a (Qarabağ-red.) gedə bilməyəcək. Hətta sadə vətəndaşlar belə ora gedə bilməyəcək. Bu xainlər Qarabağı satıblar.”
Qeyd edək ki, bu gün Ermənistanda əsgər valideynləri V. Sarkisyan adına Hərbi institutun binası yaxınlığında etiraz aksiyası keçiriblər. Onlar bir həftəlik məzuniyyətə gələn övladlarının Ermənistanda xidmət etmələrini, Qarabağa göndərilməmələrini tələb ediblər.