Hərbçilərimiz Şuşada iki ədibimizin məzarını tapdılar - VİDEO

sosial
16-12-2020, 12:59 1125
Hərbçilərimiz Şuşada iki ədibimizin məzarını tapdılar - VİDEOŞuşada dəfn edilən iki ədibimizin məzarı tapılıb. Hazırda Şuşada hərbi xidmətdə olan əsgərlərimiz Qasım bəy Zakir və Mirzə Ələsgər Növrəsin məzarını aşkarlayıblar. Hər iki qəbir erməni vandalları tərəfindən tanınmaz hala salınıb.
Qeyd edək ki, Azərbaycan şairi Qasım bəy Zakir 1784-cü ildə Şuşada doğulub. 1857-ci ildə elə Şuşada da vəfat edib. Digər azərbaycanlı şair Mirzə Ələsgər Növrəs də 1836-cı ildə Şuşa anadan olub, 1912-ci ildə Şuşada vəfat edib.