2021-ci ildə özəlləşdiriləcək ilk dövlət əmlaklarının sayı açıqlanıb

sosial
12-12-2020, 20:31 1169
2021-ci ildə özəlləşdiriləcək ilk dövlət əmlaklarının sayı açıqlanıbİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərracın tarixi açıqlanıb. Dövlət Xidmətindən verilən məlumata əsasən, növbəti hərrac 12 yanvar 2021-ci il tarixində təşkil ediləcək. Hərraca 31 dövlət əmlakı çıxarılacaq. Bunlardan 26-sı kiçik dövlət müəssisəsi, 5-i isə nəqliyyat vasitəsidir.
Bildirilib ki, təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.
Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər.