Əhalinin diqqətinə! Ermənilərdən Azərbaycana qarşı daha bir təxibat cəhdi

sosial
12-12-2020, 10:57 993
Əhalinin diqqətinə! Ermənilərdən Azərbaycana qarşı daha bir təxibat cəhdiErmənistan tərəfi öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərlər yaymaqda davam edir.
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, belə ki, düşmən tərəfi əks təbliğat aparmaq məqsədilə müxtəlif kanallar – “WhatsApp”, “Telegram”, sosial şəbəkələr üzərindən vətəndaşlarımıza yazaraq özlərini bizdən biri kimi qələmə verir və guya qələbəyə həsr olunmuş film çəkilişində istifadə etmək üçün əldə olan video-görüntülərin təqdim edilməsini istəyirlər. Bunun qarşılığında isə vətəndaşlara müəyyən pul məbləği təklif edilir. Məqsəd Azərbaycan əleyhinə məlumatlar yaymaqla əks təbliğat aparmaqdır.

Əhalinin diqqətinə! Ermənilərdən Azərbaycana qarşı daha bir təxibat cəhdi