Bakı metrosunun yeni stansiyası “8 Noyabr” adlanacaq - RƏSMİ

sosial
8-12-2020, 15:30 1219
Bakı metrosunun yeni stansiyası “8 Noyabr” adlanacaq - RƏSMİAzərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bununla bağlı qərar verib.

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”, - deyə qərarda qeyd edilib.