Ermənilər Qarabağı itirməyin ağır nəticələrindən yazdılar

sosial
5-12-2020, 11:34 1117
Ermənilər Qarabağı itirməyin ağır nəticələrindən yazdılarErmənilər Qarabağın itirilməsinin ağır nəticələri barədə yazıblar.
BAXAR.AZ xəbər verir ki, bu barədə Cənubi Koreyanın Hankuk universitetinin professoru, politoloq Rövşən İbrahimov öz "Facebook" səhifəsində paylaşım edib:
"Bunları mən yazmıram, ermənilər yazır:

- Qarabağın "büdcəsinin" 33% gəlirini təşkil edən mədənlərin 15-dən 13-ü Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Qalanlardan biri işləyə bilmir, çünki buraya su hazırda Azərbaycan ərazisində qalan kənddən gəlirdi.

- Tarlaların (taxıl istehsalı əsasən), bağ və bağçaların da 70%-i Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərdədir.

- Su elektrik stansiyalarının çoxu və ya onları hərəkətə salan çaylar eyni şəkildə Azərbaycanın nəzarətindədir.

- Kəlbəcərdən Qarabağın su tələbinin 85%-dan çoxu qarşılanır.

- Hətta xalça sexlərinin üçündən ikisi ermənilərin nəzarəti xaricindədir, Xankəndidə olanın isə işçiləri yerində deyil.

- Bir çox məktəblər işlək vəziyyətdə deyil, ya da nəzarət yoxdur

- Şəhərlərin hamısı - Ağdərə, Xankəndi, Xocalı, Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdikləri zonalara bitişik vəziyyətdədir

- Qarabağın kişi əhalisinin əksəriyyəti hərbçi idi, yaxşı da maaş alırdı. İndi bəziləri ölüb, bəziləri yaralı, bəzilərinin isə mövqeləri və sursatları mövcud deyil”.

"Onu deyim ki, Qarabağın "büdcəsinin" 50%-dən çoxu, hardasa 150 milyon dollar hər il Ermənistandan gəlirdi. 2021-ci ildə bu imkan olmayacaq", - deyə politoloq paylaşımında qeyd edib.