Mənim balalarım bilmir ki, babalarının qəbri haradadır – FOTO/VİDEO

sosial
15-11-2020, 20:01 1150
Mənim balalarım bilmir ki, babalarının qəbri haradadır – FOTO/VİDEOHəyatın bumeranq üzüdür bəlkə də. Ermənilər Kəlbəcəri tərk edir. Amma guya öz vətənlərindən qovulurmuş mənzərəsi yaradırlar. Özgəsinin torpağında məskunlaşan bir millət öz məğlubiyyətinə sızlayır. Hansı ki, bunların əksəriyyəti 1992-ci ildə, qışın soyuğunda dinc Kəlbəcər sakinlərinə rayonu tərk etmələri üçün 10 saat vaxt verənlərin ailələri, qızları, gəlinləridir.
ARB Xəbər 28 ildir Kəlbəcərdən uzaq düşən sakinlər ilə bağlı maraqlı süjet hazırlayıb.
Kəlbəcər sakini olan Şahin Əsgərov deyir ki, Murovu aşanda qardaşınn uşağı körpə olub:
“3-4 yaşı olardı. Uşağa su verməyə qab tapmadıq. Balaca qardaşım ovcunda su gətirib uşağa içirdi”.
Mənim balalarım bilmir ki, babalarının, nənələrinin, qəbri haradadır. Bundan böyük zərbə nə ola bilər? Şükür Allaha! Bu gün hamısı qayıtdı, qayıdır. Hələ də inana bilmirəm”.
Bu gün minlərlə Kəlbəcərli evinə getməyə hazırlaşır. Düşmən isə öz köçəri taleyini yaşayır. Təbii ki, bu köçdən daha gözəl mənzərə kəlbəcərlilərin öz ata-baba yurdlarına qayıtması üçün yollarının açılacağı həmin o gündür.