FHN işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturların təşkilinə başladı

sosial
9-11-2020, 17:39 1047
FHN işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturların təşkilinə başladıAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb.
Nazirlikdən bildirilib ki, artıq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsi Füzuli şəhərində fəaliyyətə başlayıb.
Həmçinin, Xocavənd rayonunun Hadrut qəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkil olunub. Hər iki məntəqə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.