Ukraynalı politoloq: “Minsk Qrupuna ümid qalmayıb, yeni mexanizm axtarmaq lazımdır”
dunya
7-11-2020, 14:16
1009

Baxar.Az bildirir ki, bu sözləri Media.Az-a müsahibəsində ukraynalı diplomat, politoloq Vadim Tryuxan deyib.
“Bununla belə, qəbul etməliyik ki, ATƏT-in Minsk Qrupunun gözlənilmədən Qafqazda sülhə gətirib çıxaracaq effektiv alətə çevrilməsinə ümidlər praktiki olaraq qalmayıb. Buna görə də başqa mexanizm axtarmaq lazımdır. ABŞ üçün Qafqazın hələlik (istənilən halda qarşıdakı üç-dörd ay ərzində Ağ Evdəki idarəetmə dəyişikliyinə qədər) prioritet təşkil etmədiyi halda, BMT-ni aktivləşdirməyə cəhd göstərmək olar. BMT Baş katibinin Dağlıq Qarabağ məsələləri üzrə xüsusi nümayəndəsinin təyin olunması hazırda münaqişəyə cəlb olunan bütün tərəflər üçün çıxılmaz vəziyyətdən çıxış ola bilər”, - deyə V.Tryuxan bildirib.