Ermənilərin ərazi iddialarına gürcü tarixçilərdən tutarlı cavab - VİDEO

arasdirma
6-11-2020, 12:18 1192
Ermənilərin ərazi iddialarına gürcü tarixçilərdən tutarlı cavab - VİDEOErmənilərin ərazi iddialarına gürcü tarixçiləri cavab veriblər.

Məsələ ilə bağlı BakuTV-yə açıqlama verən gürcü alimlər tarixi faktları təhlil ediblər.

Tarixçi professor Quram Marxuliya bildirib ki, erməni xalqı tarixçilərin uydurma fikirlərinə inanır, hakimiyyət isə nə danışdığını bilmir:

“Ermənistan süni dövlətdir. 1918-ci ildə Azərbaycan və Gürcüstanın tarixi torpaqlarında qurulub. Ona görə də qapalı ərazidir və 100 illər boyu erməni tarixçiləri “böyük” Ermənistandan danışırlar. Bu erməni tarixçilərinin bir uydurmasıdır. Bu gün onlar Gürcüstanın tarixi torpaqları olan Samstsxe-Cavaxeti bölgəsini “Cavakx” adlandırır. Halbuki orada 1915-ci ildə Türkiyədən gəlmiş ermənilər yaşayırlar.”

Tarixçi Simon Kopadze isə Ermənistanın qurulmasından, İrəvan şəhərinin adının Yerevan olaraq dəyişdirilməsindən danışıb:

“Rusiya imperiyası dövründə Ermənistana dövlətin qurulması imkanı veriləndə onların Anadolu, Kapadokiya, Kilikiya ərazilərində yerləşdirilməsini planlaşdırırdı. Ancaq orada alınmadı və Ermənistan dövlətini bizim ərazilərdə qurdular. 1918-ci ildə İrəvan əhalisinin 75 faizini azərbaycanlılar təşkil edirdi, yalnız qalan 25 faizi ermənilər idi. Mart hadisələrindən sonra onlar şəhəri boşaltdılar ki, bu ərazilərin azərbaycanlılara məxsus olduğunu xatırladan bir şey qalmasın. Qədim məscidləri dağıtdılar, Azərbaycanlılara məxsus mədəniyyət abidələrini yox etdilər və 1920-ci ildə yenidən planlanmış şəhəri İrəvan yox Yerevan adlandırdılar. Keçmiş “Erubuni” olduğu haqqında nağıl uydurdular.”

S.Kopadzenin bu sahədə daha bir araşdırması var. Həmin yazıda erməni “dostluğundan” bəhs olunur.

S.Kopadze bildirib ki, ermənilərin dostluğu haqqında məqaləm də var:

“Ermənilərin gürcüləri aldadıb ordunu Gəncəyə göndərdiklərini və Ağa Məhəmmədxan üçün Tbilisinin qapılarını açdıqlarını, ölkəmizin parçalanması üçün cəhdlər etdiklərini də çox yaxşı bilirik. Azərbaycan indi işğal olunmuş ərazilərini azad edir. Bunu biz tam dəstəkləyirik. Şuşa Azərbaycan mədəniyyətinin, incəsənətinin mərkəzidir. Azərbaycan xalqı Şuşa ilə fəxr edir. Oranın Ermənistana məxsus olduğunu deməyə dilim belə gəlmir.”

Tarixçilər Azərbaycanla Gürcüstanın əlaqələrini pozmaq istəyənlərin də olmasından narahatdır. Lakin ümid edirlər ki, buna heç bir dövlətin nail olması mümkün deyil.