İsrail koronavirus peyvəndi hazırlayır

sehiyye
26-10-2020, 09:40 1263
İsrail koronavirus peyvəndi hazırlayırİsraildə koronavirus peyvəndi hazırlanacaq. Ölkənin Müdafiə Nazirliyi yaxın vaxtlarda koronavirus əleyhinə peyvəndin sınaqdan keçiriləcəyini “Facebook” səhifəsində bildirib. Dərmanın insanlar üzərində sınaqları noyabrın 1-də başlayacaq. İsrailin Bioloji Araşdırmalar İnstitutunun artıq Səhiyyə Nazirliyi və Helsinki Komitəsindən lazımi bütün təsdiqləri aldığı qeyd olunur.