Ermənilər 100 il əvvəl molokanlara və ləzgilərə necə hücum etdiklərini unudublar

arasdirma
24-10-2020, 12:40 1038
Ermənilər 100 il əvvəl molokanlara və ləzgilərə necə hücum etdiklərini unudublarAzərbaycan torpaqlarını işğaldan azad edərkən, məğlubiyyətlərini anlayan ermənilər sənət adamlarından tutmuş rəsmi dövlət nümayəndələrinə qədər müxtəlif insanlardan kömək istəyirlər.

Bu ölkələrdən biri də Rusiya Federasiyasıdır. Sentyabrın 27-dən bəri erməni tərəfi dəfələrlə qeyd edib ki, Azərbaycanla münaqişəyə müdaxilə olunmasını tələb edir. Rusiya və rus xalqı ilə tarixi dostluq əsas arqument kimi gətirilir. Ancaq az adam bunu bilir və ermənilər də heç vaxt etiraf etməyəcəklər ki, təxminən yüz il bundan əvvəl haylar məhz rusları qırıblar.

Rusiya İmperiyasının dövlət xadimi Pyotr Arkadyeviç Stolıpin hələ 1908-ci ildə İrəvan quberniyasında rusiyalı molokanların və ləzgilərin qətlə yetirildiyini qeyd edib.

Qafqazın qubernatoru İllarion İvanoviç Vorontsov-Daşkov 11 aprel tarixli məktubunda yazıb:

“Beləliklə, 1906-cı ilin ikinci yarısında İrəvan quberniyasında ermənilərin molokanlara və ləzgilərə qarşı sistematik şəkildə zorakılığı sonuncuya ermənilərə ümumi silahlı cavab vermək üçün molokanlar və tatarlarla (azərbaycanlılarla) birləşməyi düşünməyə vadar etdi. Ləzgilərdən belə təklif alsa da, qanuni hökumətin gücünə inamını qoruyub saxlayan molokanlar belə bir ittifaqdan imtina etdilər. Bununla yanaşı, onlar həmin ilin sentyabrında ermənilərin silahsızlaşdırılmasına dair vəsatətlərini səlahiyyətlilərə təqdim etdilər. Yalnız imtina olduğu təqdirdə molokanlar təcavüzkarlara qarşı qanlı repressiyaya başlayacaqlarına qərar verdilər”.