Madriddə karantinə etirazlar: Yaralıların çoxu polislərdir

dunya
25-09-2020, 13:33 1118
Madriddə karantinə etirazlar: Yaralıların çoxu polislərdirİspaniyanın paytaxtı Madriddə karantin məhdudiyyətlərinə qarşı keçirilən etirazlarda altı nəfər yaralanıb.

“Europa Press” agentliyi xəbər verir ki, etirazlarda iştirak edənlərdən üçü nəzarətə götürülüb.

Bildirilir ki, nümayişə təxminən 300 nəfər qoşulub. Tezliklə etirazçılardan bəziləri regional parlamentin ərazisində yolu bağlayıblar.

Polis etirazı dağıtmaq üçün güc tətbiq etməli olub. Hüquq-mühafizə əməkdaşlarından dördü yaralanıb.