Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir

sosial
21-09-2020, 11:30 781
Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirirAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “CISCO” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Ramil Eyyubov və biznesin inkişafı üzrə meneceri Fərid Zeynalovla görüşüb.

Ülvi Mehdiyev “CISCO” şirkəti ilə Dövlət Agentliyi arasındakı əməkdaşlığın uğurlu nəticələrini və gələcək perspektivlərini qeyd edib. Görüşdə mövcud əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə olunub.

Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirirÜlvi Mehdiyev COVID-19 pandemiyası dövründə Dövlət Agentliyinin fəaliyyətinə göstərdikləri xüsusi dəstəyə görə Ramil Eyyubov və Fərid Zeynalova təşəkkürnamələr təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “CISCO” şirkəti ilə “Azərbaycanın Rəqəmsallaşdırılmasının Sürətləndirilməsi üzrə CDA proqramı” (Country Digital Acceleration) çərçivəsində əməkdaşlıq edir.

Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir