Dünyada koronavirusdan sağalanların sayı 22 milyonu keçdi - STATİSTİKA

sehiyye
18-09-2020, 14:25 693
Dünyada koronavirusdan sağalanların sayı 22 milyonu keçdi - STATİSTİKADünyada 30 351 723 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir. Virusdan 950 557 xəstə ölüb, 22 041 437 nəfər sağalıb. Koronavirusun ən çox yayıldığı qitə Asiya (9 103 182 nəfər), ölkə ABŞ-dır (6 874 596 nəfər). Ölkələr arasında digər yerləri 5 214 677 yoluxma ilə Hindistan, 4 457 443 yoluxma ilə Braziliya, 1 085 281 yoluxma ilə Rusiya tutur. İlk onluğa daxil olan digər Avropa dövləti İspaniyadır (625 651 nəfər). İran siyahıda 413 149 yoluxma ilə 13-cü, Türkiyə 298 039 yoluxma ilə 19-cudur.
Ermənistanda 46 671, Gürcüstanda 2 937 nəfərdə koronavirus qeydə alınıb. Azərbaycanda koronavirusun aşkarlandığı 38 777 nəfərin 571-i ölüb, 36 289-u sağalıb.