Süni intellekt qədim yəhudi mətnlərinin şifrəsini açıb

arasdirma
10-09-2020, 21:13 1088
Süni intellekt qədim yəhudi mətnlərinin şifrəsini açıbİsrail alimləri 2500 il əvvəl yazılmış gil lövhələrdəki qədim mətnlərin şifrəsini açmaq üçün kompüter alqoritmlərindən və polis məhkəmə ekspertlərinin təcrübəsindən istifadə ediblər.

“Times of Israel” xəbər verir ki, şifrələrin açılması zamanı məlum olub ki, bu sənədlərin ondan çox müəllifi olub.

Tədqiqatın mövzusu üzərində eramızdan əvvəl VII əsrə aid yazılar olan 18 gil lövhə olub. Bunlar 1960-cı illərdə Neqev çölündə Təl-Əraddakı kiçik və uzaq hərbi qalada qazıntılar zamanı aşkar edilib. Aydın olub ki, bu mətnlər ordu komandirləri arasında gündəlik yazışmalar imiş.