Ukraynada yeraltı etiraz aksiyası keçirilir

dunya
9-09-2020, 01:55 1249
Ukraynada yeraltı etiraz aksiyası keçirilirUkraynanın Dnepropetrovsk əyalətində mədənçilər maaşlarının artırılmasını tələb edərək mədəndən çıxmaqdan imtina ediblər.
RT bu barədə Ukrayna Mədənçilərinin Müstəqil Həmkarlar İttifaqının rəhbəri Mixail Volınetsə istinadən məlumat yayıb.
“Qvardeyskaya” mədənindən 90, “Ternovskaya” mədənindən 60, “Rodina” mədənindən 214 mədənçi altı gündür əmək haqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edən “Oktyabrskaya” mədəninin 29 mədənçisinin tələblərinə həmrəy olaraq yeraltı etiraz elan edib”, - deyə M.Volınets bildirib.