Millimizin futbolçusu ABŞ Liqasında fərqləndi - VİDEO

idman
6-09-2020, 12:26 1565
Millimizin futbolçusu ABŞ Liqasında fərqləndi - VİDEOABŞ Milli Futbol Liqasında çıxış edən Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov növbəti dəfə fərqlənməyi bacarıb. “Finiks Rayzinq” klubunun futbolçusu olan R.Dadaşov bu dəfə “Las-Veqas Layts” komandası ilə səfər matçında qol vurub. O, 90+5-ci dəqiqədə fərqlənərək son nəticəni müəyyənləşdirib - 2:0.
Son nəticələrə görə, “Finiks Rayzinq” 11 oyundan 23 xalla B qrupunun lideridir.