“Terminator -2” filmində oynayan aktrisa vəfat edib - FOTO/VİDEO

sou
1-09-2020, 08:16 1578
“Terminator -2” filmində oynayan aktrisa vəfat edib - FOTO/VİDEO“Terminator -2: Axirət günü” filmində oynayan aktrisa Lesli Hemilton 64 yaşında vəfat edib.

Bu barədə “Movieweb” xəbər yayıb.

Bildirilir ki, Lesli Hemilton sözügedən filmin hər iki hissəsində Sara Konnor rolunu oynayan Linda Hemiltonun əkiz bacısıdır.

Bu, tibb bacısı işləyən Lesli Hemiltonun filmdə ilk rolu olub.

Rejissor Ceyms Kemeron Lesliyə filmin ikinci hissəsində çəkilməyi təklif edib. O, Sara Konnora çevrilən “Terminator T-1000” obrazında olub.

Bundan başqa, o, filmdə qəhrəmanın meydanda balaca Conla oynayan özünü müşahidə etdiyi səhnədə də oynayıb. Bu hissədə hər iki bacı iştirak edib.



“Terminator -2” filmində oynayan aktrisa vəfat edib - FOTO/VİDEO