Yanğından xilas olmaq üçün hotelin eyvanından aşağı enmək məcburiyyətində qaldı - VİDEO

dunya
23-08-2020, 16:55 1151
Yanğından xilas olmaq üçün hotelin eyvanından aşağı enmək məcburiyyətində qaldı - VİDEO
Ötən gün İspaniyanın Marbella kurort şəhərində yerləşən hoteldə baş verən yanğın zamanı xilas olmağa çalışan müştərinin görüntüləri yayılıb.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, yanğınsöndürənlərin onu xilas edəcəyinə ümidi olmayan şəxs hotelin eyvanından xilas olmağa çalışır.

Qeyd edək ki, hadisə baş verən zaman hoteldə yüzə yaxın adam olub.

Son məlumata görə yanğın nəticəsində bir nəfər əcnəbi vətəndaş ölüb, 10 nəfər yaralanıb.