Braziliya prezidenti cırtdan adamı uşaq sayıb çiyninə qaldırdı - VİDEO

dunya
21-08-2020, 16:25 1225
Braziliya prezidenti cırtdan adamı uşaq sayıb çiyninə qaldırdı - VİDEO
Braziliya prezidenti Jair Bolsonarunun başına gülünc hadisə gəlib. Belə ki, tərəfdarları ilə görüşü zamanı o, yanında dayanan cırtdan adamı uşaq sayaraq çiyninə qaldırıb.

“Lenta dna” “Telegram” kanalının məlumatına görə, video qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb.


Kadrlardan görünür ki, yanındakılar prezidenti qucağına aldığı şəxsin uşaq deyil, cırtdan adam olduğu barədə xəbərdarlıq edirlər. O, “doğrudur, doğrudur”, - deyərək dərhal onu yerə qoyur.

Kadrlarda daha bir maraqlı məqam isə Braziliya prezidenti tərəfindən qaldırılan cırtdan adamın vəziyyətdən məmnun görünməsidir.