Qədim sənəti yaşadanlar - Qurama ustası ilə VİDEOMÜSAHİBƏ

medeniyyet
17-08-2020, 12:33 2488
Qədim sənəti yaşadanlar - Qurama ustası ilə VİDEOMÜSAHİBƏ
Mingəçevirdə yaşayan Validə Əlizadəni şəhərdə hər kəs tanıyır. Uzun illər müəllim, məktəb direktoru və digər məsul vəzifələrdə çalışan xanım hazırda qədim tikmə növü olan qurama ilə məşğuldur.

Baku TV xəbər verir ki, V.Əlizadə təqaüdə çıxdıqdan sonra sevimli məşğuliyyətinə başlayıb.

Zəngin və rəngarəng qurama sənəti Azərbaycanda olduqca qədim ənənələrə malikdir. Elə Validə xanım da kiçik parçaları birləşdirməklə qədim sənəti yaşatmağa çalışır.

Daim internet vasitəsilə yenilik axtaran şəhər sakini, daha bir maraqlı ideyası ilə diqqət çəkməyi bacarıb. O, nəvələrinə, övladlarına məxsus geyinilməyən cins paltarları atmaqdansa, fərqli formalı çantalar hazırlayır.

V.Əlizadə hazırladıqları əl işlərini satmağı düşünmür. Amma gələcəkdə dərnək təşkil edib, maraq göstərənlərə öz bildiklərini öyrətmək istədiyini deyir.