Avropa Liqasında yarımfinalçılar məlum oldu

idman
12-08-2020, 01:27 2590
Avropa Liqasında yarımfinalçılar məlum olduAvropa Liqasında 1/4 final mərhələsi yekunlaşıb. Bu gün digər iki yarımfinalçı da məlum olub. Helzenkirhendə “Bazel”i darmadağın edən Ukraynanın “Şaxtyor” klubu yarımfinala adlayıb.
Digər qarşılaşma “Vulverhempton”la “Sevilya” arasında olub. İngilislərin 13-cü dəqiqədə penaltidən yararlana bilmədiyi görüşün sonlarında Lukas Okampos vurduğu yeganə qolla “Sevilya” qalib gəlib. Beləliklə, yarımfinalda “Sevilya” “Mançester Yunayted”lə, “Şaxtyor” isə “İnter”lə görüşəcək. Oyunlar avqustun 16-17-də keçiriləcək.