» » Bakıda qadın dəniz sahilinə buraxılmayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO


Bakıda qadın dəniz sahilinə buraxılmayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO

4-08-2020, 19:42
Oxunub: 1346
Çap et
Bakıda qadın dəniz sahilinə buraxılmayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO

Sosial şəbəkə istifadəçilərindən biri dəniz sahilinə buraxılmadığını iddia edib və bununla bağlı görüntülər yayıb.

Vətəndaş iddia edib ki, maşınla sahilə daxil olmaq istəsə də, ərazidə olan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin işçiləri ona icazə verməyiblər.

Vətəndaş onu da iddia edib ki, dənizkənarı ərazi satıldığı üçün bağlanıb.

Məsələ barədə Oxu.Az-ın müxbiri Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumdan bildirildi ki, vətəndaş sahilə üzmək məqsədilə daxil olmağa cəhd edib:

“Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, vətəndaşların çimərlikdə üzməsinə icazə verilmir. Sadəcə, dəniz qırağında gəzintiyə çıxmaq olar. Ərazi üzmək üçün nəzərdə tutulan ərazi olub, avqustun 5-dək dənizə girmək icazəsi olmadığı üçün qadının ora getməsinə icazə verilməyib”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, avqustun 5-dən çimərlikdən istifadəyə icazə verilir.

Torpağın satılması ilə bağlı məsələ barədə Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, sorğumuza cavab verilmədi.


Reytinq: