Yeni qroqramla gecə gəzmək daha rahat olacaq

maraqli
5-09-2015, 20:46 924
Yeni qroqramla gecə gəzmək daha rahat olacaq İstifadəçinin yaxınları “gps” sistemi vasitəsilə onu izləyə biləcəklər.
Gecə küçədə gəzmək yeni mobil proqram vasitəsi ilə təhlükəsiz olacaq.
Miçiqan universitetinin 5 tələbəsi birləşərək gecələr qorxusuz gəzməyi təmin edən mobil proqram hazırlayıblar. “Companion” adlanan proqram yol gedən istifadəçiyə dostlarının və ailəsinin virtual olaraq yanında olmasına şərait yaradacaq. Yəni istifadəçinin yaxınları proqrama quralaşdırılan “gps” sistemi vasitəsilə onu izləyə biləcəklər. Həm İOS, həm də Android istifadəçilərinin faydalana biləcəyi mobil sistemdən istifadə etmək üçün qarşı tərəflərin proqramı yükləməsi vacib deyil. Sistem əlaqə qurulacaq şəxsə bu barədə təkcə qısa mesaj göndərmək vasitəsilə xəbərdarlıq edir.
Mesajla göndərilən linkdə qarşı tərəfə istifadəçinin hansı istiqamətdə hərəkət etdiyi bildirilir. Proqram həm də istifadəçi yolunu azarsa və ya hər hansısa bir təhlükə hiss edərsə, dərhal bu barədə smartfon sahibinə məlumat verir.
Əgər təhlükəli hadisə baş verərsə, 15 saniyə müddətində həm istifadəçinin yaxınlarına xəbərdarlıq edir, həm də bu barədə polisə zəng etmək təklifi təqdim edir.
İlk mərhələdə universitetdə oxuyan tələbələr arasında istifadəyə verilən yenilikdən digər ölkələrdə də istifadə etmək mümkündür. Bunun üçün Birləşmiş Ştatlar xaricindəki ölkələrdə yaşayan istifadəçilər xidməti yükləyərkən telefon nömrələrini və ölkə kodlarını yazaraq qeydiyyatdan keçməlidirlər.