"Biz başlasaq, Moskvada erməni qalmayacaq" - Azərbaycanlıların restoranı belə daşlandı

dunya
25-07-2020, 12:13 740
"Biz başlasaq, Moskvada erməni qalmayacaq" - Azərbaycanlıların restoranı belə daşlandıSon günlər ermənilərin Amerika, Avropa və Rusiyada həyata keçirdikləri təxribatlar nəticəsində bu ölkələrdə etnik zəmində qarşıdurmalar başlayıb. Musavat.com xəbər verir ki, xüsusən də Rusiyada və paytaxt Moskvada azərbaycanlı-erməni qarşıdurması pik həddə çatıb. Sosial medianı küçə döyüşlərindən, icmalararası toqquşmalardan çəkilən video və fotolar başına götürüb. Bütün bu toqquşmaları ermənilər provokasiya edirlər. Eyni ilə bu videoda göründüyü kimi, onlar quldurcasına, qabaqcadan əlbir olaraq Azərbaycan kökənli insanlara, obyektlərə hücumlar təşkil edirlər. Azərbaycanlılar bu məsələdə yalnız müdafiə mövqeyində dayanırlar. Lakin onlar da hücum edən, təxribata yol verən ermənilərin qarşısını almaq üçün güc işlətməyə məcbur qalırlar.
Ermənilər artıq əndazəni aşırlar. Gördüyünüz videoda ermənilər azərbaycanlılara məxsus “Bakinskiy Bulvar” (Bakı Bulvarı) restoranını daşlayıb qaçırlar. Bu barədə onların özləri bu şərəfsiz əməllərini əks etdirən video paylaşıblar. Musavat.com-a danışan və bu videoları göndərən Moskvada yaşayan azərbaycanlılar deyiblər ki, artıq cana yığılmışıq: "Ermənilər təxribatları dayandırmır, əksinə artırırlar, azərbaycanlıları tək tutaraq döyüb, təhqir edirlər. Bu hal həmvətənlərimizdə qəzəb yaradır, biz öz icmalarımızdan xahiş etmişik ki, provakasiyalara getməsinlər. Lakin səbrimizin bir sonu da var. Biz başlasaq, Moskvada erməni qalmayacaq..."