Gəncədə üç uşaq anası özünü asdı

hadise
5-09-2015, 20:35 995
Gəncədə üç uşaq anası özünü asdı Hadisənin baş vermə səbəbləri araşdırılır.
Gəncədə intihar hadisəsi baş verib. Hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.
Realfakt.Az xəbər verir ki, Gəncə şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, şəhərin Gülüstan qəsəbə sakini 1975-ci il təvəllüdlü Cəmilə Əhməd qızı Əkbərova yaşadığı evdə özünü asıb.
Onun meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Meyit hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə edildikdən sonra aidiyyatı üzrə təhvil verilib.
Özünü öldürən 40 yaşlı qadının 3 azyaşlı övladı olduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Bundan əvvəl də oxşar hadisə paytaxtda qeydə alınmışdı. Səbail rayon Badamdar qəsəbəsi 1-ci yaşayış massivi döngə 8, ev 399-da yaşayan 1978-ci il təvəllüdlü Venera Vaqif qızı Həsənova yaşadığı evdə özünü asmışdı. İntihar edən qadının iki azyaşlı övladı olub.