Ermənistanda SES partladı - FOTO/VİDEO

dunya
20-07-2020, 22:32 1107
Ermənistanda SES partladı - FOTO/VİDEOErmənitanın Sevan-Hrazdan Su Elektrik Stansiyasında yanğın olub.

Publika.az-ın məlumatına görə, Argeldə yerləşən SES binasının qarşısında yerləşən "T-4" hidrotexniki qurğunun 2 güc transformatorunda partlayış səbəbindən yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Transformatorların hər birində 8 ton yağ olub.

Yanğınsöndürənlər yanğının digər 10 transformatora yayılmasının qarşısını alıb.