Bakıda yaşayış və bağ evlərinin qiyməti bahalaşdı

iqtisadiyyat
19-07-2020, 21:05 1756
Bakıda yaşayış və bağ evlərinin qiyməti bahalaşdı
BAXAR.AZ xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, iyun ayı ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin bir kvadrat metrinin qiyməti 741 manatdan 778 manata qədər qalxıb. Onun sözlərinə görə, ay ərzində artım 4.99 faiz, il ərzində isə 5.42 faiz təşkil edib.

N.İbrahimov bildirib ki, fərdi yaşayış və bağ evlərinin kirayəsində isə orta qiymət ay ərzində 2086 manatdan 2112 manata qədər bahalaşıb.

Ekspertin sözlərinə görə, qiymət artımı mövsümi xarakter daşıyır.

O qeyd edib ki, adətən yay mövsümündə fərdi yaşayış və bağ evlərinə tələbat artdığına görə buna müvafiq olaraq torpaq bazarında qiymət artımı müşahidə edilir.