Yüksək rütbəli rəsmilər zəlzələ bölgəsində

sosial
5-09-2015, 11:44 1029
Yüksək rütbəli rəsmilər zəlzələ bölgəsində Kəmaləddin Heydərovun müavinin də Şəkiyə gəlməsi gözlənilir.
Şəkidə sutka əzrində 15 yeraltı təkan müşahidə olunub.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumatın görə, baş verən təkanlardan ən güclüsü 2,5 bal gücündə olub. Lakin yeraltı təkan insanlar tərəfindən hiss olunmayıb. Şəkidə 10-a yaxın ev və orta məktəb binası qəzalı vəziyyətdədir. Həmin evin sakinləri artıq çadırlara yerləşdirilib.
Zəlzələ nəticəsində 100-lərlə evdə iri çatlar müşahidə olunub. Fövqalədə Hallar Nazirliyinin (FHN) rəsmi nümayəndələri 1 general və 2 yüksək rütbəli şəxs bu dəqiqələrdə hadisə yerindədir. Fövqalədə hallar naziri Kəmaləddin Heydərovun müavinin Şəkiyə gəlməsi gözlənilir.
Qeyd edək ki, sentyabrın 4-də səhər saatlarında Şəkidə güclü zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km cənub-şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 5,9, dərinliyi 13 km olub. Zəlzələ Şəki ilə yanaşı Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən və digər ətraf rayonlarda hiss edilib. Zəlzələ baş verərkən əhali güclü həyəcan yaşayıb.
Evlərini tərk edən bir çox insanlar hələ də yeni təkan baş verə biləcəyi qorxusu ilə öz mənzillərinə daxil ola bilmirlər. Bəzi sakinlər sosial şəbəkələrdə evlərində çatların əmələ qəlməsini təsdiq edən fotolar paylaşıblar.
Ölkəmizdə son zəlzələ iyunun 30-da Xəzər dənizinin Azərbaycan sektorunda qeydə alınmışdı. Həmin zəlzələ də 3 bal gücündə olmuşdu.