ABŞ hərbi gəmisində güclü yanğın: Yaralılar var - VİDEO

dunya
13-07-2020, 03:47 1179
ABŞ hərbi gəmisində güclü yanğın: Yaralılar var - VİDEO
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Bonhomme Richard” gəmisində güclü yanğın başlayıb.

REN TV xəbər verir ki, hadisə zamanı azı 11 nəfər yaralanıb.

Məlumatlara görə, yanğın zamanı gəmidə olan 200 nəfər təxliyyə edilib.

Yanğının söndürülməsinə 150-dən çox yanğınsöndürən cəlb olunub.

Hadisənin səbəbləri bəlli deyil.