» » Şəkidə iki avtomobil toqquşdu


Şəkidə iki avtomobil toqquşdu

5-09-2015, 11:37
Oxunub: 545
Çap et
Şəkidə iki avtomobil toqquşdu "Opel"in sürücüsü ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Şəkidə yol nəqliyyat qəzası baş verib. Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Cəfərabad kəndi ərazisində qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Qax sakini Elsəvər Rəşadət oğlu Şəmilovun idarə etdiyi 04-BK-117 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə Şəki rayon sakini Abdulla Əşrəf oğlu Musayevin idarə etdiyi 10-UO-879 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil toqquşub.
Qəza nəticəsində "VAZ" markalı avtomobildə 4 sərnişin olub. Lakin xoşbəxtlikdən xəsarət alan olmayıb.
"Opel" markalı avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon xəstəxanasına çatdırılıb.
Xəstəxanadan sürücünün vəziyyətinin orta ağır olduğunu bildirdilər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən arşdırma aparılır.
İki gün əvvəl də Şəkidə yol qəzası baş vermişdi. Şəki şəhər sakini Sahib Bayraməli oğlu Abbaszadənin idarə etdiyi 55-BO-681 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobil Mirzə Fətəli Axundov prospektində hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı hasara çırpılmışdı.
Reytinq: