Sumqayıtda iki köşk, Bərdədə isə maşın yandı

hadise
12-08-2015, 12:47 449
Sumqayıtda iki köşk, Bərdədə isə maşın yandı
Ötən gün axşam saatlarında Sumqayıtda və Bərdədə yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində yanğın vətəndaşa məxsus ümumi sahəsı 20 kv.m olan dəmir köşkdə baş verib. Nəticədə köşkün içərisinə yığılmış əşyaları 1 kv.m sahədə və bitişik ümumi sahəsi 6 kv.m olan taxtadan ibarət köşk yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bərdə rayonu, Mustafaağalı kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğından yaxınlıqdakı avtomobillər mühafizə olunub.