» » Nadir infeksiya hadisəsi: beyin yeyən amyöb tapılıb


Nadir infeksiya hadisəsi: beyin yeyən amyöb tapılıb

7-07-2020, 20:01
Oxunub: 960
Çap et
Nadir infeksiya hadisəsi: beyin yeyən amyöb tapılıb
ABŞ-ın Florida ştatında səhiyyə rəsmilərinin verdiyi məlumata görə, bu ştatda nadir beyin yeyən amyöb hadisəsi qeydə alınıb.

Florida Səhiyyə İdarəsi (DOH) Hillsborough qraflığında bir nəfərin “Naegleria fowleri”-yə yoluxduğunu bildirib.

Mikroskopik tək hüceyrəli amyöb beynin infeksiyasına səbəb ola bilir və adətən ölümcül olur.

Bir qayda olaraq, bu amyöb ilıq çay və ya göl suyunda olur və bədənə burun vasitəsilə daxil olur.

DOH infeksiyaya yoluxma hadisəsinin harada baş verdiyi və ya xəstənin vəziyyəti barədə məlumatı açıqlamayıb. Amyöb insandan insana keçə bilməz.

İnfeksiyaya bir qayda olaraq ABŞ-ın cənub ştatlarında rast gəlinir.

Florida ştatı üçün belə hadisələr nadir sayılır, 1962-ci ildən bəri bu ştatda cəmi 37 belə hadisə barədə məlumat verilib.

Lakin infeksiyanın ölümcül nəticələrini nəzərə alaraq, DOH 3 iyulda Hillsborough qraflığının sakinlərinə bu infeksiya ilə bağlı xəbərdarlıq edib.

Səhiyyə rəsmiləri yerli sakinləri krandan və digər mənbələrdən olan su ilə burunlarını yumaqdan çəkinməyə çağırıb.

Potensial olaraq amyöbün ola biləcəyi su mənbələri siyahısına göllər, çaylar, gölməçələr və kanallar kimi açıq su obyektləri də daxildir.

Həmin su mənbələrində amyöbün olması ehtimalı iyul, avqust və sentyabr aylarında daha çox olur.
Naegleria fowleri infeksiyası ümumiyyətlə ölümcül olur

Naegleria fowlerinə yoluxanların qızdırma, ürək bulanması və qusma, boynun quruması və baş ağrısı kimi simptomları olur. Yoluxanların çoxu bir həftə ərzində ölür.

DOH bu cür simptomları olan insanları "xəstəlik sürətlə inkişaf etdiyinə görə dərhal həkimə müraciət etməyə" çağırıb.

Nadir infeksiya hadisəsi: beyin yeyən amyöb tapılıb
Reytinq: