Dünyanın ən balaca adamı öldü

maraqli
5-09-2015, 11:28 1137
Dünyanın ən balaca adamı öldü O, yaşadığı müddət ərzində dünyanın yarısını gəzib.
Samoa (ABŞ) xəstəxanasında Yer kürəsində ən balaca boya malik olan insan dünyasını dəyişib.
Realfakt Daily News-a istinadən xəbər verir ki, Çandra Bahadur Danqi Ginnesin rekordlar kitabının rekordsmeni idi, onun boyu cəmi 0,564 metr idi.
Kişi həyatdan 75 yaşında gedib. Nəşrin məlumatına görə, o, keçən həftə bütün ailəsi pnevmoniyaya yoluxduqdan sonra xəstəxanaya çatdırılıb.
O, yaşadığı müddət ərzində dünyanın yarısını gəzib, dünyanın ən hündür kişisi ilə tanış olub və Ginnesin rekordlar kitabına düşüb. Daha öncə ondan dünyada ən kiçik boylu adam filippinli Qul Muhammed olub. Onun boyu 0,57 m idi.