SOCAR “SOCAR Polymer”də payını artırıb

iqtisadiyyat
7-07-2020, 12:14 1479
SOCAR “SOCAR Polymer”də payını artırıb
Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bəzi törəmə müəssisələrində iştirak payını artırıb.

BAXAR.AZ xəbər verir ki, bu barədə SOCAR-ın 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarında qeyd edilib.
SOCAR “SOCAR Polymer”də payını artırıb
SOCAR “SOCAR Polymer” şirkətində payını 52,15%-dən 57,01%-ə yüksəldib.

Qeyd edək ki, “SOCAR Polymer” MMC Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyul ayında yaradılıb.
"SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir.

SOCAR “SOCAR Polymer”də payını artırıb