» » Nazir Nəsib Məmmədovu rəis təyin etdi


Nazir Nəsib Məmmədovu rəis təyin etdi

6-07-2020, 21:23
Oxunub: 414
Çap et
Nazir Nəsib Məmmədovu rəis təyin etdi
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Biləsuvar rayon Polis Şöbəsinə yeni rəis təyin edib.

Axar.az Report-a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə polis polkovnik-leytenantı Nəsib Məmmədov təyinat alıb.

Nəsib Məmmədov bu təyinata qədər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Biləsuvar RPŞ-nin əvvəlki rəisi, polis polkovniki Əlyəddin Səfərov isə Şamaxı RPŞ-nin rəisi təyin olunub. Əlyəddin Səfərov 5 il əvvəl bu vəzifəyə təyin edilmişdi.
Reytinq: