SON DƏQİQƏ! General-polkovnik Vilayət Eyvazovdan yeni - TƏYİNAT

siyaset
4-07-2020, 21:10 1363
SON DƏQİQƏ! General-polkovnik Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə yol polisində daha bir yerdəyişmə edilib.

BAXAR.AZ xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Əlövsət Şamilov tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə o, Sumqayıt Regional Qeydiyyat İmtahan şöbəsinə rəis təyin olunub. Əlövsət Şamilov bu gün şəxsi heyətə təqdim edilib.

Şöbənin əvvəlki rəisi isə Gəncə Regional Qeydiyyat İmtahan şöbəsinə rəis vəzifəsinə göndərilib. (avtosfer.az)