» » DOST mərkəzləri necə xidmət göstərəcək?


DOST mərkəzləri necə xidmət göstərəcək?

4-07-2020, 01:45
Oxunub: 925
Çap et
DOST mərkəzləri necə xidmət göstərəcək?
DOST mərkəzləri fəaliyyətini 20 iyula kimi xüsusi iş rejimində davam etdirəcək.

DOST Agentliyindən Axar.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejiminin 5 iyul tarixindən 20 iyul tarixinədək uzadılması ilə əlaqədar DOST mərkəzlərində vətəndaşların qəbulu növbəti 2 həftə ərzində məhdudlaşdırılacaq:

Vətəndaşların müraciətlərinə yalnız e-poçt və Çağrı Mərkəzi 142 vasitəsi ilə baxılacaq;

Vətəndaşların yerində qəbulu dayandırılacaq;

DOST mərkəzləri və Çağrı Mərkəzi 142 şənbə və bazar günü fəaliyyət göstərməyəcək.

Vətəndaşların müraciətləri aşağıda qeyd olunan e-poçt ünvanları vasitəsilə cavablandırılacaq:

1 saylı Bakı DOST Mərkəzi

Pensiya üzrə müraciətlər: dost1_pensiya@sosial.gov.az
Müavinətlər üzrə müraciətlər: dost1_muavinat@sosial.gov.az
Təqaüdlər üzrə müraciətlər: dost1_taqaud@sosial.gov.az
Məşğulluq üzrə müraciətlər: dost1_mashgullug@sosial.gov.az
Ümumi məsələlər üzrə müraciətlər: dost1@sosial.gov.az

2 saylı Bakı DOST Mərkəzi

Pensiya üzrə müraciətlər: dost2_pensiya@sosial.gov.az
Müavinətlər üzrə müraciətlər: dost2_muavinat@sosial.gov.az
Təqaüdlər üzrə müraciətlər: dost2_taqaud@sosial.gov.az
Məşğulluq üzrə müraciətlər: dost2_mashgullug@sosial.gov.az
Ümumi məsələlər üzrə müraciətlər: dost2@sosial.gov.az

3 saylı Bakı DOST Mərkəzi

Pensiya üzrə müraciətlər: dost3_pensiya@sosial.gov.az
Müavinətlər üzrə müraciətlər: dost3_muavinat@sosial.gov.az
Təqaüdlər üzrə müraciətlər: dost3_taqaud@sosial.gov.az
Məşğulluq üzrə müraciətlər: dost3_mashgullug@sosial.gov.az
Ümumi məsələlər üzrə müraciətlər: dost3@sosial.gov.az

Vətəndaşlar həmçinin e-sosial.az portalında e-Xidmətlər (https://e-sosial.az/#/eServices) bölməsinə və ya e-gov.az portalının “Bütün xidmətlər” (https://www.e-gov.az/az/services) bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını seçməklə göstərilən e-xidmətlərdən istifadə edə bilərlər.
Reytinq: