Azərbaycanda bu cür həkim də varmış – Foto

sehiyye
3-07-2020, 20:52 1596
Azərbaycanda bu cür həkim də varmış – Foto
Azərbaycanlı həkim Bəhram Quliyev imkanı olmayan xəstələrin əvəzinə öz cibindən pul ödəyir və onları əməliyyat edir.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilib. Şəbəkə istifadəçiləri qeyd ediblər ki, B.Quliyev hətta imkanı olmayan xəstələri şəxsi avtomobili ilə evlərinə də aparır.

Onun bu addımı böyük rəğbətlə qarşılanıb.

Sumqayıtda fəaliyyət göstərən “Unikal” klinikasında çalışan Bəhram Quliyev saytımıza açıqlamasında paylaşımlara görə hər kəsə təşəkkür edib. Bildirib ki, bu, onun vətəndaşlıq və insanlıq borcudur:

“Gücüm çatdıqca bundan sonra da vətəndaşlarımıza əlimdən gələn köməyi edəcəm. Bu, ilk növbədə əqidə məsələsidir. Bu günə qədər əqidəmdən dönməmişəm. Çox sağ olun ki, yada saldınız, maraqlandınız, ancaq mən bunu şan-şöhrət üçün yox, vətəndaşlıq borcum olduğu üçün edirəm. Hazırda da yanımda xəstələrim var. Xalqımızın qiyməti bizim üçün əsl mükafatdır”.