Karantin rejimini pozan 824 hərəkət iştirakçısı cərimələndi - DYP

hadise
3-07-2020, 20:41 1370
 Karantin rejimini pozan 824 hərəkət iştirakçısı cərimələndi - DYP
Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi ilə bağlı ötən gün görülmüş işlərlə bağlı məlumat yayıb.
İdrədən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə ötən gün nəqliyyat vasitələri ilə hərəkətdə olan 717 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə cərimələnib.
Sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 106 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə, Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 824 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.